AZ

AFFA-nı ifşa edən qızlar...

BAKI, 18 mart. TELEQRAF

Azərbaycan futbolu adına daha bir rəzalətə şahidlik etdik. Hər halda 17 yaşadək qadın futbolçulardan ibarət yığmamızın Farer adalarından olan həmyaşıdlarına 1:6 hesabı ilə uduzmasının başqa adı yoxdur.

Belçikaya 0:11, Sloveniyaya 0:3 hesabı ilə uduzmağı haradasa rəqibin gücünə baölamaq olar. Amma cəmi 56 min əhalisi olan, ilin 300 günü külək və yağışın futbol oynamağa imkan vermədiyi bir ada ölkəsinə 6 qolla uduzmağın nə bəhanəsi var, nə də buna bənzər bir şeyi...

Bu, biabırçılığın son dayanacağıdır!
Statistika deyir ki, bu Farer adalarında əhalinin təxminən 27 mini qadındır. Bu sayın içindən də 16-18 yaş kateqoriyasına düşən cəmi 950 qadın var. Bu, bir kəndin, bəlkə də Bakıdakı orta ölçülü bir yaşayış kompleksinin sakinlərinin sayına bərabərdir.

Azərbaycanda isə eyni yaş qrupunda 230 mindən çox zərif cinsin nümayəndəsi var. Deməli, bizim seçim imkanımız onlardan 250 dəfə çoxdur.

Farer adalarının futbol federasiyasının cəmi 5-10 milyon avroluq büdcəsi olduğu halda, AFFA-nın təkcə ötən il belçikalılara yazdırdığı “Yeni strategiyası"na 4 milyon manatdan çox vəsaitin ayrıldığı deyilir.
Amma onlar o 950 qızın içindən komanda yığıb bizi rüsvay edirlər. Biz isə 230 min nəfərin içindən 11 nəfər tapıb futbol oynaya bilmirik..

Utanın, qızlar, utanın!..

Utan, AFFA, utan!

Seçilən
44
teleqraf.com

1Mənbələr