AZ

Ptriarx II İlyanın nəşi Patriarxlıqdan Müqəddəs Üçlük Kafedralına aparılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Tbilisi, 18 mart, AZƏRTAC

Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəs və Əlahəzrət II İliya Patriarx vəzifəsindən azad edilib.

AZƏRTAC xəbər verir ki, II İlyanın cənazəsi Patriarxlıqdan Üçlük Kafedralına aparılır. Bununla əlaqədar yürüş keçirilir. Müxtəlif iyerarxiyaların ruhaniləri, rahiblər və rahibələr, həmçinin Gürcüstan parlamentinin sədri, deputatlar və hökumət üzvləri də yürüşdə iştirak edirlər.

Üçlük Kafedralında II İlya ilə vida mərasimi olacaq və o, martın 22-də dəfn ediləcək.

Xatırladaq ki, 93 yaşında vəfat edən II İliyanın ölümü ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
azertag.az

1Mənbələr