AZ

1 ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi

Bu gün Azərbaycan 1-ci liqasında 19-cu tur start götürüb.

QOL.az xəbər verir ki, ilk matç gününə nəzərdə tutulan 3 qarşılaşma artıq başa çatıb.

Günün ilk oyununda "Bakı Sportinq" "Mingəçevir"lə qarşılaşıb. Komandalar hərəyə 1 qol vurmaqla fərqləniblər. "Şəfa" evdə "Şahdağ Qusar"a minimal hesabla qalib gəlib. Günün son matçında isə "Səbail" və MOİK üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

18 mart (çərşənbə)

15:00. “Bakı Sportinq” – “Mingəçevir” - 1:1

Qollar: İlham Allahverdiyev, 8 // Kennet Kalunqa, 34

Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Ruslan Babayev, Sənan Bayramzadə

Buzovna qəsəbə stadionu

15:00. “Şəfa” – “Şahdağ Qusar” - 1:0

Qol: Emin Zamanov, 45

Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Orxan İbişov, Kamran Əliyev

Binə qəsəbə stadionu

18:00. “Səbail” – MOİK - 2:2

Qollar: R.Voronsov, 64, Q.Səfərov, 86 // S.Fərəcov, 19, M.Məmmədzadə, 69

Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov

“Bayıl Arena”

19 mart (cümə axşamı) 

15:00. “Şimal” – “Zaqatala”

15:00. “Difai” – “Cəbrayıl” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
1
qol.az

2Mənbələr