AZ

Gürcüstan Parlamentinin sədri Avropa İttifaqını sərt tənqidETDİ

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı 4 oktyabr 2025-ci il tarixində radikalların prezident sarayına hücum cəhdi də daxil olmaqla törətdikləri zorakılığı pisləməyincə, Tbilisi Brüsselin bəyanatlarına məhəl qoymayacaq.

Redaktor.az
bu barədə məlumatı "Vzqlyad" qəzeti yayıb.

Parlamentari qeyd edib ki, Gürcüstana, onun ictimaiyyətinə, xalqın seçiminə və azad seçim hüququna qarşı hücumlar davam edir və bu, Brüsselin siyasətində özünü göstərir. O, həmçinin xatırladıb ki, 4 oktyabr hadisələri zamanı Aİ nümayəndələri hakimiyyəti devirməyi planlaşdıran radikallara dəstək nümayiş etdiriblər.

Bundan əvvəl Papuaşvili Avropa İttifaqının Ukrayna və Moldovanın üzvlük yolunda Gürcüstanı qabaqladığını iddia etməsini gürcü xalqına qarşı "lağ etmək" kimi qiymətləndirmişdi. O, Gürcüstanın həm iqtisadi parametrlər, həm də demokratiyanın inkişafı baxımından həm Ukraynanı, həm də Moldovanı geridə qoyduğunu vurğulayıb.

Xədicə BAXIŞLI

 

Seçilən
62
1
redaktor.az

2Mənbələr