AZ

Hikmət Hacıyev Parisdə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətləri müzakirə edib

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi, PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev Parisdə Azərbaycan ilə Fransa arasında ikitərəflimünasibətləri müzakirə edib.

Trend xəbərverir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkə hesabındapaylaşım edib.

“Prezident İlham Əliyevlə Prezident Emmanuel Makron arasındatelefon danışığından sonra Parisdə Prezidentin diplomatik müşaviriEmmanuel Bonne və digər fransalı həmkarlarımla səmərəli görüşkeçirdim.

Biz ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı maraq doğuranregional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq”, -o yazıb.

Xatırladaq ki, martın 8-də Fransa Respublikasının PrezidentiEmmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevilə telefon danışığı aparıb.

Fransa Prezidenti ölkəsinin Azərbaycanla həmrəy olduğunubildirib və İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumuilə əlaqədar dəstəyini ifadə edib.

Emmanuel Makron həmçinin İranda olan Fransa vətəndaşlarınınAzərbaycan üzərindən təxliyəsi üçün yaradılan şəraitə görə dövlətbaşçımıza təşəkkürünü bildirib.

Prezident İlham Əliyev telefon zənginə və göstərilən həmrəyliyəgörə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Cənubi Qafqaz regionunda sülhünmöhkəmləndirilməsi və Azərbaycan–Fransa ikitərəfli münasibətlərininyenidən bərpası ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığınperspektivlərinə dair məsələlər müzakirə olunub.

Seçilən
132
4
az.trend.az

10Mənbələr