Bakı. Trend:
Martın 18-də “X” sosial şəbəkəsinin fəaliyyətində ciddi nasazlıqqeydə alınıb.
Trend xəbər verirki, istifadəçilər həm mobil tətbiqdə, həm də veb versiyadaplatformaya daxil olmaqda çətinliklərlə üzləşiblər.
Məlumata görə, istifadəçilər hesaba giriş zamanı “profilməlumatlarına daxil olmaq mümkün deyil” xəbərdarlığı iləqarşılaşıblar. Problemlərin yalnız əsas səhifə ilə məhdudlaşmadığı,eyni zamanda mesajlar və bildirişlər bölməsində də nasazlıqlarınmüşahidə olunduğu bildirilir.
Baş verən texniki çətinliklər fasilələri real vaxtda izləyən“Downdetector” platformasının statistikasında da əksini tapıb. Qısamüddətdə çoxsaylı istifadəçi tərəfindən xəta bildirişlərigöndərilib və nasazlığın xüsusilə mobil tətbiqdə daha genişyayıldığı qeyd olunub.
Hazırda platformanın sahibi İlon Maskın rəhbərlik etdiyi “X”tərəfindən rəsmi açıqlama verilməyib. Problemin texnikiinfrastrukturla bağlı olduğu ehtimal edilir.