AZ

AL: "Braqa"adını 1/4 finala yazdırdı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, bu gün cəmi bir görüş baş tutub. 

İlk 1/4 finalçı "Braqa" (Portuqaliya) - "Ferentsvaroş" (Macarıstan) görüşündə bəlli olub. Meydan sahibləri rəqibin qapısından 4 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib. Tərəflərin ötən həftə baş tutan ilk görüşündə Macarıstan təmsilçisi 2:0 hesabı ilə qalib gəlmişdi.

1/8 final mərhələsini qalan 7 oyunu sabah keçiriləcək.

UEFA Avropa Liqası
1/8 final, cavab oyunları
18 mart

"Braqa" (Portuqaliya) – "Ferentsvaroş" (Macarıstan) 4:0

(ilk oyun - 0:2)

Seçilən
32
2
fanat.az

3Mənbələr