AZ

Deklan Rays “Arsenal”la müqaviləni uzatmağa yaxındır

“Arsenal” yarımmüdafiəçi Deklan Raysı heyətdə saxlamağı planlaşdırır.

90deqiqe.Az-ın məlumatına görə, London klubu futbolçu ilə 2030 və ya 2031-ci ilin yayına qədər yeni müqavilə bağlamağa yaxındır.

Rays “Arsenal” layihəsinə sadiqdir və “Real” və “Barselona”nın maraq dairəsinə düşdüyü barədə şayiələrdən narahat deyil.

Deklan Rays 2023-cü ildə “Vest Hem”-dən “Arsenal”a keçib və keçid üçün 116 milyon avro ödənilib. Onun hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

Cari mövsümdə Rays bütün turnirlərdə London klubunun heyətində 43 oyun keçirib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun bazar dəyərini 120 milyon avro qiymətləndirir.

Seçilən
56
90deqiqe.az

1Mənbələr