AZ

Xərclər yüksəlir, dezinflyasiya zəifləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatında istehsalçı xərcləri fevral ayında həm mal, həm də xidmət sektorundakı artımların təsiri ilə sürətlənib.

Banco.azxəbər verir ki, əsas inflyasiya göstəricilərində müşahidə olunan yüksəliş meyli dezinflyasiya prosesinin zəiflədiyi ilə bağlı narahatlıqları daha da gücləndirib.

Fevral ayında aylıq istehsalçı inflyasiyası 0,7 faiz təşkil edib. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların gözləntisi isə 0,3 faiz səviyyəsində idi.

İllik göstərici isə eyni dövrdə 3,4 faiz olaraq qeydə alınıb. Bu göstərici üzrə gözlənti 3 faiz səviyyəsində müəyyən edilmişdi.

İstehsalçı qiymətləri indeksindəki artımın yarıdan çoxu xidmət xərclərinin 0,5 faiz yüksəlməsi ilə bağlı olub. Səyahət və yerləşdirmə, ərzaq topdansatışı və investisiya xidmətlərindəki xərclərin artımı əsas hərəkətverici amil rolunu oynayıb.

Ərzaq qiymətləri isə təzə və qurudulmuş tərəvəzlərin qiymətində 49 faizlik kəskin artımın təsiri ilə 2021-ci ilin ortalarından bəri ən yüksək səviyyədə artım göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
62
1
banco.az

2Mənbələr