AZ

Borussiya Mançester Yunayted in futbolçusunu pulsuz transfer etmək istəyir

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dortmund "Borussiya"sı yenidən Ceydon Sançonu heyətinə cəlb etməyi düşünür.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, Dortmund klubu 25 yaşlı vingerlə yayda azad agent kimi müqavilə bağlamağa maraqlıdır. Lakin futbolçu bunun üçün maaşında əhəmiyyətli azalmaya getməli olacaq. Hazırda "Mançester Yunayted"də həftəlik təxminən 300 min funt sterlinq qazanır. Buna baxmayaraq, "Borussiya" futbolçunun razılıq vermə ehtimalını optimist qiymətləndirir.

Sanço 2021-ci ildə Dortmund klubundan "qırmızı şeytanlar"a 73 milyon funt sterlinq qarşılığında transfer olunub. 2023/24 mövsümündə isə Dortmund futbolçunu icarəyə götürüb.

Hazırda Ceydon Sanço "Aston Villa"da çıxış edir. 18 Premyer Liqa oyununda 1 məhsuldar ötürmə edib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
2
sportal.az

3Mənbələr