AZ

Slovakiyanın baş naziri fabrikdə gecə növbəsində işləmək istəyir

Slovakiyanın Baş naziri Robert Fitso əməkçilərə hörmət əlaməti olaraq 30 aprel-1 may tarixlərində fabrikdə gecə növbəsində işləyəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "Facebook" sosial şəbəkəsində paylaşım edib.

"Gecə növbəsində çalışan insanlara bir daha hörmətimi ifadə etmək və onlara qoşulmaq istəyirəm", - deyə siyasətçi qeyd edib.

Fitso ənənəvi olaraq hər il 1 May ərəfəsində Slovakiyanın müəssisələrindən birində çalışır. Bu il hansı fabrikdə işləyəcəyini isə açıqlamayıb./Oxu.az


Telegram kanalımız
Seçilən
75
yenisabah.az

1Mənbələr