AZ

ABŞ Ukraynaya “terminatorlar” GÖNDƏRDİ – FOTO/VİDEO

ABŞ Ukraynaya insanabənzər döyüş robotları göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin “Foundation” robototexnika şirkətinin həmtəsisçisi Mayk LeBlan məlumat verib.

Amerikanın “Foundation” şirkəti döyüş şəraitində sınaqdan keçirilməsi üçün özünün insanabənzər hərbi robotlarını Ukraynaya göndərib.

“Phantom MK-1” adlanan bu robotlar kəşfiyyat tapşırıqlarını yerinə yetirmək və platformanın real döyüş mühitində işləmək qabiliyyətini yoxlamaq üçün cəbhə xəttinə yönləndirilib.

İlk dəfə 2025-ci ilin oktyabrında təqdim edilən bu texnologiya xüsusi olaraq hərbi məqsədlər üçün hazırlanıb.

Boyu təxminən 175 santimetr, çəkisi isə 79–82 kiloqram olan “Phantom MK-1” partlayıcı qurğuların zərərsizləşdirilməsi, kəşfiyyat və yüksək riskli digər yerüstü əməliyyatlar üçün nəzərdə tutulub.

Robot kameralara əsaslanan kompüter görmə sistemləri və “LiDAR” sensor kompleksləri ilə təchiz edilib.

O, tapşırıqdan asılı olaraq 40 kiloqrama qədər faydalı yük, o cümlədən tapança, tüfəng və “M-16” avtomatlarını daşıya bilir.

Şirkət rəsmiləri bildiriblər ki, silahın tətbiqi ilə bağlı hərəkətlər yalnız operatorun icazəsi ilə həyata keçiriləcək.

İstehsal planlarına əsasən, “Foundation” ilin sonuna qədər bir neçə onlarla, gələcəkdə isə ildə bir neçə min ədəd belə robot istehsal etməyi hədəfləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
109
interpress.az

1Mənbələr