AZ

“Qalatasaray” Osimhensiz qaldı

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Hazırda davam edən “Liverpul” – “Qalatasaray” matçında İstanbul təmsilçisi ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, “sarı-qırmızılılar”ın əsas hücum silahı olan nigeriyalı forvard Viktor Osimhen qolundan zədələnib.

Zədənin ciddiyyəti səbəbindən ulduz futbolçu fasilədən sonra oyunu davam etdirə bilməyib və meydanı tərk etməli olub. Onu almaniyalı hücumçu Leroy Sane əvəzləyib.

Qeyd edək ki, “Enfild” stadionunda keçirilən gərgin matç hazırda “Mersisayd” təmsilçisinin 3:0 hesablı üstünlüyü ilə davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
qafqazinfo.az

1Mənbələr