AZ

FED rəhbəri: Neft bahalaşması ABŞ-də inflyasiyanı artıracaq

BAKI, 19 mart. TELEQRAF

ABŞ-də neft qiymətlərinin artımı fonunda inflyasiyanın güclənəcəyi proqnozlaşdırılır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sistemi rəhbəri Cerom Pauell təxmin edib. .

Cerom Pauell bildirib ki, neft bazarında baş verən dəyişikliklər inflyasiyaya təsir göstərəcək, lakin bu, əsas inflyasiyanın əsas komponenti olmayacaq.

“Bu, yalnız amillərdən biri olacaq, lakin baza inflyasiyanın əsas hissəsini təşkil etməyəcək”, – deyə o qeyd edib.

Pauell əlavə edib ki, neft bazarındakı proseslərin təsiri inflyasiya göstəricilərində öz əksini tapacaq və müəyyən dərəcədə baza inflyasiyasında da hiss olunacaq.

Seçilən
73
teleqraf.com

1Mənbələr