AZ

Kreml iqtisadiyyatı məhv olur: milyardlıq şirkətlər böhranda

Rusiyanın aparıcı sənaye şirkətlərində ciddi maliyyə problemləri üzə çıxıb.

Musavat.com xəbər verir ki, dünyanın ən iri alüminium istehsalçılarından biri olan “Rusal” 2025-ci ili 455 milyon dollar xalis zərərlə başa vurub. Bu, şirkətin 2014-cü ildən sonra ilk dəfə zərərə düşməsi kimi qiymətləndirilir.

Məlumata görə, əsas səbəb valyuta bazarındakı dəyişikliklər, xüsusilə rublun möhkəmlənməsi olub. Bu isə ixracdan asılı olan şirkətin gəlirlərinə ciddi təsir göstərib.

Eyni zamanda, Rusiyanın strateji qurumlarından sayılan “Rusiya Dəmir Yolları” (RJD) da ağır vəziyyətlə üzləşib. Şirkət rəhbərliyi təxminən 6 min əməkdaşın ixtisarını planlaşdırır. Artan borclar və maliyyə çətinlikləri fonunda hətta iflas riski də gündəmdədir.

Bildirilir ki, vəziyyətdən çıxmaq üçün əməkhaqlarının azaldılması və iri aktivlərin satışı planlaşdırılır. Satışa çıxarılan obyektlər arasında Moskva-Siti kompleksində yerləşən qüllə və Riqa vağzalı kimi strateji əmlaklar da var.

 

Musavat.com

Seçilən
51
musavat.com

1Mənbələr