AZ

Xaçmazda Novruz şənliyi: Tonqal alovlandırıldı, bayram xonçaları nümayiş etdirildi VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz rayonunda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində baharın gəlişinin carçısı olan Novruz bayramı münasibətilə təntənəli şənlik təşkil olunub.

Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, tədbir Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında keçirilib. Park ərazisi milli ornamentlər və Novruz atributları ilə bəzədilib. Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Xaçmazda Novruz şənliyi: Tonqal alovlandırıldı, bayram xonçaları nümayiş etdirildi - VİDEO

Şənlikdə qonaqları Bahar qızı və "Dədə Qorqud" qarşılayıb. Ardınca ənənəvi bayram tonqalı alovlandırılıb. Milli geyimli qızlar və oğlanlar tonqal ətrafında dövrə vuraraq yallı gediblər. Tədbirdə milli adət-ənənələrimiz geniş təbliğ olunub, bayram xonçaları nümayiş etdirilib. Kosa və Keçəl personajları iştirakçılarla yumurta döyüşdürüb, uşaqlara bayram əhvali-ruhiyyəsi bəxş ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı başçısı Elnur Rzayev sakinləri bayram münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq və rifah arzulayıb.

El şənliyində bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş stendlər nümayiş etdirilib. İctimaiyyət nümayəndələri rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olub, bayram süfrələrində milli mətbəximizin ləziz təamlarından dadıblar.

Parkda idmançıların və pəhləvanların nümunəvi çıxışları maraqla qarşılanıb. Yerli mədəniyyət işçiləri tərəfindən hazırlanan geniş konsert proqramında xalq mahnıları, rəqslər və folklor nümunələri səsləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
86
oxu.az

1Mənbələr