AZ

Tramp İranın Xarq adasını yenidən HƏDƏFƏ ALIR: “Əyləncə üçün vura bilərik”

Əyləncə xatirinə İrana məxsus adaya daha bir neçə zərbə endirə bilərik.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində bildirib.

ABŞ-İran münaqişəsinin gərginləşdiyi bir vaxtda prezident Tramp qalmaqallı bəyanatla çıxış edib.

O, ABŞ hərbi hava qüvvələrinin İranın əsas neft ixrac mərkəzi olan Xarq adasına endirdiyi zərbələri şərh edərkən, adadakı hərbi obyektlərin “tamamilə darmadağın edildiyini” iddia edib.

Tramp əlavə edib ki, Vaşinqton Tehranla hələlik sülh sazişi bağlamağa tələsmir, çünki təklif olunan şərtlər “kifayət qədər yaxşı deyil”.

Prezident həmçinin qeyd edib ki, ABŞ ordusu Xarq adasını “sadəcə əyləncə xatirinə” (just for fun) daha bir neçə dəfə vura bilər.

Bununla belə, o, adadakı enerji xətlərinə toxunulmadığını, çünki onların bərpasının illər çəkə biləcəyini vurğulayıb.

Trampın bu sözləri Hörmüz boğazındakı gərginlik fonunda dünya bazarında neft qiymətlərinin daha da artmasına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
130
interpress.az

1Mənbələr