AZ

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib.

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha 4 qarşılaşma baş tutub.

"Barselona" evdə "Nyukasl"la üz-üzə gəlib, "Qalatasaray" səfərdə "Liverpul"un qonağı olub.

"Bavariya" doğma meydanda "Atalanta", "Totenhem" isə "Atletiko ilə qarşılaşıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

"Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə) 7:2

İlk oyun - 1:1

"Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə) 4:0

İlk oyun - 0:1

"Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya) 4:1

İlk oyun - 6:1

"Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya) 3:2

İlk oyun - 2:5

Ötən gün baş tutan matçlardan sonra PSJ (Fransa), "Real" (İspaniya), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) 1/4 finala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, 1/4 finalda PSJ "Liverpul"la, "Real" "Bavariya" ilə, "Barselona" "Atletiko" ilə, "Sportinq" isə "Arsenal"la qarşılaşacaq. İlk oyunlar aprelin 7-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Seçilən
94
7
far.az

10Mənbələr