AZ

Oyun zamanı barmağı qopdu, xəstəxanaya belə aparıldı Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Qalatasaray” səfərdə “Liverpul”la qarşılaşıb. Görüş zamanı İstanbul təmsilçisi üçün xoşagəlməz hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, matçın 76-cı dəqiqəsində sol cinahda topu qəbul edən Noa Lanq son xəttə qədər irəliləyərək ötürmə verməyə çalışsa da, epizodun davamında reklam lövhələrinə çırpılıb və yerə yıxılıb.

Hadisədən sonra futbolçunun barmağında ciddi zədə yarandığı bildirilib. Niderlandlı oyunçunun barmağında qopma qeydə alınıb və o, meydanı xərəkdə tərk edib.

82-ci dəqiqədə Mauro İkardi zədələnən Noa Lanqın əvəzinə oyuna daxil olub. “Liverpul” azarkeşləri meydanı tərk edən futbolçunu ayaqda alqışlayaraq ona dəstək göstəriblər.

Oyundan sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, Noa Lanqın barmağında ciddi zədə var və oyunçu müayinə üçün “Enfild Roud”dan xəstəxanaya aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
91
qafqazinfo.az

1Mənbələr