AZ

Putin yenə “sirli otaq”da GÖRÜNDÜ

Rusiya prezidenti Vladimir Putin 161 günlük rekord fasilədən sonra yenidən “açıq qəhvəyi iş otağı” adlandırılan məkanlardan birində görüntülənib.

Musavat.com xəbər verir ki, bu hadisə 18 mart 2026-cı ildə – Krımın ilhaqının ildönümündə baş verib.

Sözügedən iş otağı Moskva vilayətində yerləşən Novo-Oqaryovo iqamətgahındadır. Bildirilir ki, həmin otağın Soçi və Valdayda da eyni görnüşlü “əkiz” nüsxələri mövcuddur.

İddialara görə, Kreml bu cür eyni quruluşlu iş otaqları vasitəsilə Putinin real yerləşdiyi məkanı gizlətməyə çalışır. Bu praktika uzun illərdir müxtəlif ekspertlər tərəfindən diqqətlə izlənilir.

Putin sonuncu dəfə belə otaqlardan birində 7 oktyabr 2025-ci ildə – doğum günündə işləyib. Həmin vaxt o, Təhlükəsizlik Şurasının üzvləri ilə videobağlantı vasitəsilə müşavirə keçirmişdi.

2026-cı ilin martında isə Putin yenidən bu “açıq qəhvəyi iş otağı”ndan istifadə edərək hökumət üzvləri ilə görüş keçirib.

 

Musavat.com

Seçilən
42
1
musavat.com

10Mənbələr