Katarina Makariu qadın futbolu tarixində ən böyük müqaviləni imzalayaraq “Çelsi”dən “San Dieqo Ueyv” komandasına keçib.
Publika.az xəbər verir ki, ABŞ milli komandasının hücumçusunun müqaviləsi 2030-cu ilin sonuna qədərdir. ESPN-in məlumatına görə, Makariu təxminən 8 milyon dollar qazanacaq və bu, qadın futbolu tarixində ən böyük müqaviləsi olacaq.
Qeyd olunur ki, futbolçunun transfer haqqı 300 min dollar olub.