AZ

Dmitriyev: Neftin qiyməti 200 dollara çata bilər

BAKI, 19 mart. TELEQRAF

Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RFİF) rəhbəri Kirill Dmitriyev neft qiymətlərinin 200 dollaradək yüksələ biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Dmitriyev qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı mümkün qərarları belə bir ssenariyə səbəb ola bilər.

Onun sözlərinə görə, bu halda neftin qiyməti müəyyən müddət ərzində 200 dollardan da yüksək səviyyədə qala bilər.

Seçilən
116
teleqraf.com

1Mənbələr