AZ

ABŞ-nin milli borcu ilk dəfə 39 trilyon dolları keçib

Bakı. Trend:

2026-cı il martın 18-də ABŞ-ın milli borcu tarixdə ilk dəfəolaraq 39 trilyon dollar həddini aşıb.

Trend xəbər verirki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı hesabatda qeydolunub.

Məlumata əsasən, ölkənin ümumi borcu təxminən 39,03 trilyondollara çataraq rekord səviyyəyə yüksəlib.

Bildirilib ki, adambaşına düşən borc artıq 114 min dolları ötüb.Son bir trilyon dollarlıq artım isə beş aydan daha qısa müddətdəqeydə alınıb.

Eyni zamanda vurğulanır ki, dövlət borcunun xidmət xərcləriartıq ABŞ-ın hərbi büdcəsini üstələyir.

Seçilən
122
az.trend.az

1Mənbələr