AZ

Tramp: İsrail "Cənubi Pars" yatağına zərbələri dayandıracaq

BAKI, 19 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın “Cənubi Pars” qaz yatağındakı obyektlərə artıq zərbə endirməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, ABŞ bu hücum barədə əvvəlcədən məlumatlı olmayıb və Qətər də hadisədə heç bir şəkildə iştirak etməyib.

ABŞ prezidenti hesab edir ki, İsrail bu addımı Yaxın Şərqdəki vəziyyətə görə atıb və zərbələr nəticəsində yatağın yalnız kiçik hissəsi zədələnib.

Tramp vurğulayıb ki, İran tərəfindən yeni hücumlar baş vermədiyi təqdirdə İsrail bu strateji əhəmiyyətli qaz yatağına yenidən zərbə endirməyəcək.

Qeyd edək ki, bundan əvvəl İranın Buşehr vilayətinin Əssaluye rayonunun rəhbərliyi "Cənubi Pars" yatağındakı bir neçə obyektdə zərbələr nəticəsində yanğın baş verdiyini açıqlamışdı. Həmçinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu region ölkələrinin neft-qaz sektoruna hücumlar planlaşdırdığını bəyan edib.

Seçilən
96
3
teleqraf.com

4Mənbələr