AZ

Tramp İranı hədələdi: Qətərə hücum olsa, "Cənubi Pars" məhv ediləcək

BAKI, 19 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Qətərə hücum edəcəyi təqdirdə “Cənubi Pars” qaz yatağının məhv ediləcəyi ilə bağlı hədələyici bəyanat verib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

O bildirib ki, əgər İran Qətərə hücum etsə, ABŞ İsraillə birlikdə və ya onsuz da genişmiqyaslı zərbələr endirərək “Cənubi Pars” yatağını tamamilə məhv edə bilər.

Qeyd olunur ki, bundan əvvəl Tasnim agentliyi “Cənubi Pars” və Əssaluye bölgəsində yerləşən neft-qaz obyektlərinin hücuma məruz qaldığını yazıb.

Eyni zamanda, Tramp Ağ evin İsrailin bu yatağa hücum planlarından xəbərsiz olduğunu etiraf edib və İsrailin artıq həmin obyektlərə zərbə endirməyəcəyini bildirib.

Seçilən
99
3
teleqraf.com

4Mənbələr