AZ

İran Qətərin ən böyük qaz kompleksini yenidən vurdu – VİDEO

İran yenidən Qətərdə yerləşən Ras-Laffandakı sənaye obyektlərinə yenidən raket zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Dövlət Televiziyasının (IRIB) "Telegram" kanalında məlumat paylaşılıb.

Bildirilib ki, raket zərbəsi endirilən ərazidə yanğın başlayıb. 

O da vurğulanıb ki, İran digər körfəz ölkələrinin neft sənayesi obyektlərini də hədəfə alıb.

Qeyd edək ki, İran martın 18-də də sözügedən əraziyə zərbə endirmiş, nəticədə "Qatar Energy" şirkətinin müəssisələrinə əhəmiyyətli ziyan dəydiyi açıqlanmışdı. Rəsmi Doha bəyanat yayaraq hücumu qətiyyətlə pisləmişdi.

Məlumat üçün bildirək ki, Ras-Laffan kompleksi Qətərin LNG ixracının əsas dayaqlarından biri olmaqla yanaşı, qlobal enerji bazarında strateji əhəmiyyətə malikdir.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili və ABŞ bazalarını deyil, region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Bizim.Media 

Seçilən
63
2
bizim.media

3Mənbələr