AZ

"Brent" nefti 112 dollara qədər bahalaşdı

2026-cı ilin may ayında tədarük ediləcək "Brent" markalı neftin qiyməti Londonun ICE birjasında keçirilən hərraclar zamanı 2025-ci il martın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 112 dollar həddinə çatıb.

Bizim.Media xəbər verir ki, bunu ticarət platformasının məlumatları sübit edir.

Bakı vaxtı ilə saat 04:46-ya olan məlumata əsasən, xammalın qiyməti 8,21 faiz artım nümayiş etdirərək bir barel üçün 112 dollar səviyyəsində qərarlaşıb.

Bakı vaxtı ilə 04:50-yə doğru yüksəliş dinamikası bir qədər zəifləyib və enerji daşıyıcısının qiyməti bir barel üçün 111,84 dollar (+8,06) təşkil edib.

Bizim.Media

Seçilən
59
1
bizim.media

3Mənbələr