Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
ABŞ administrasiyasının İsrailin İranın cənubunda yerləşən enerji obyektlərini hədəf alma planından əvvəlcədən xəbərdar olduğu iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İsrailin Cənubi Pars təbii qaz yatağı ərazisində yerləşən qaz emalı obyektlərinə zərbə planı barədə öncədən məlumat alıb. Lakin ABŞ-nin hücumda birbaşa iştirak etmədiyi bildirilir. Mənbə həmçinin ABŞ administrasiyasının bu qərarı dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı açıqlama verməyib.
Qeyd edilir ki, hücumlar İranın cənubundakı bəzi qaz emalı zavodlarını hədəf alıb. Pilotsuz uçuş aparatları ilə həyata keçirildiyi bildirilən zərbələr zamanı təbii qaz yatağının 3-cü və 6-cı fazalarının vurulduğu deyilir.
Fars körfəzində yerləşən və İranla Qətər arasında bölüşdürülən Cənubi Pars yatağı dünyanın ən böyük təbii qaz ehtiyatlarından biri hesab olunur və hər iki ölkənin enerji iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.