AZ

Fransada Azərbaycanla iqtisadi əməkdaşlıq müzakirədə

Yazını böyüt
Yazını kiçilt

Fransanın “Qərb biznes liderləri və rəhbərləri klubu”nun üzvləri Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva ilə görüş keçiriblər. Görüş Nant şəhəri və ətraf bölgələrdən 23 böyük qrupun, eləcə də kiçik və orta şirkətlərin rəhbərlərinin istəyi ilə təşkil olunub.

Hafta.az xəbər verir ki, şirkət rəhbərləri əsasən Azərbaycanın iqtisadiyyatı, investisiya mühiti və ölkə ilə əməkdaşlıq imkanları barədə məlumat əldə etmək istəyiblər.

Görüşün əsas mövzusu, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın biznes mühiti ilə tanışlıq olub. İxrac ticarətinə xüsusi maraq göstərən fransız iş adamları, Azərbaycanda iqtisadi əməkdaşlıq və investisiya imkanları ilə bağlı geniş məlumat alıblar. Görüş iştirakçıları, müxtəlif sahələri təmsil edən şirkətlərin rəhbərləri olaraq, kommunikasiya, ali təhsil, sənaye, mühəndislik, daşınmaz əmlak, tibb və informasiya texnologiyaları kimi sektorlarda əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Səfir Leyla Abdullayeva görüşdə Azərbaycan haqqında ətraflı məlumat verərək, ölkəmizin regional rolu və iqtisadi inkişafı haqqında geniş məlumat təqdim edib. Abdullayeva, həmçinin Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin inkişafı və fransız şirkətlərinin Azərbaycandakı fəaliyyəti barədə də açıqlamalar verib. Səfir, Azərbaycanın xarici investisiyalara açıq olduğunu və xüsusən nəqliyyat, enerji və bağlılıq sahələrində bir çox mühüm layihələrin həyata keçirildiyini vurğulayıb./azertag

Seçilən
24
2
hafta.az

3Mənbələr