AZ

Tramp qərar verdi: İki minlik ordu İrana daxil olacaq KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı əməliyyatın yeni mərhələsinə hazırlıq çərçivəsində Yaxın Şərqə minlərlə əlavə hərbçi göndərilməsi imkanını müzakirə edir.

KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi amerikalı rəsmilərə və vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton İranda quru əməliyyatı variantını da nəzərdən keçirir. Müzakirə olunan ssenarilərdən biri Hörmüz boğazına nəzarətin ələ keçirilməsidir. Bu məqsədə əsasən hava və dəniz qüvvələri ilə nail olunması planlaşdırılsa da, sahil xəttinin nəzarətə götürülməsi üçün quru qoşunlarının cəlbi tələb oluna bilər.

Digər variant isə Fars körfəzində yerləşən Xark adasının ələ keçirilməsidir. İran neftinin təxminən 90 faizi məhz bu adadan ixrac olunur. Lakin ekspertlər bu planı yüksək riskli hesab edir, çünki ada İranın raket və pilotsuz uçuş aparatlarının təsir dairəsindədir. Bundan əlavə, ABŞ cəmiyyətində İranla müharibəyə dəstək zəifdir və mümkün itkilər daxili siyasi vəziyyəti daha da gərginləşdirə bilər.

Mənbələrin bildirdiyinə görə, həmçinin İranda yüksək zənginləşdirilmiş uran ehtiyatlarının təhlükəsizliyinin təmin edilməsi üçün qüvvələrin yerləşdirilməsi məsələsi də müzakirə olunur. Ekspertlər bu vəzifəni hətta ABŞ xüsusi təyinatlı qüvvələri üçün belə olduqca çətin hesab edir.

Gələn həftə regiona 2000 nəfərlik dəniz piyadalarından ibarət ekspedisiya birləşməsinin göndərilməsi planlaşdırılır. Bununla yanaşı, əlavə qüvvələrin göndərilməsi məsələsi də gündəmdədir.

Ağ Evin anonim şərtlərlə danışan nümayəndəsi bildirib ki, hələlik quru qoşunlarının göndərilməsi ilə bağlı yekun qərar qəbul edilməyib: “Prezident Tramp bütün variantları diqqətlə nəzərdən keçirir”.

Daha əvvəl Donald Tramp bəyan etmişdi ki, ABŞ hərbçiləri İranda 7 mindən çox hədəfə zərbə endirib. Onun sözlərinə görə, əsas hədəflər hərbi və kommersiya obyektləri olub. Tramp həmçinin Xark adasında neft obyektləri istisna olmaqla demək olar ki, hər şeyin məhv edildiyini bildirib və gələcəkdə bu obyektlərə də zərbələrin mümkünlüyünü istisna etməyib.

ABŞ rəhbərliyi hesab edir ki, İrana qarşı əməliyyat yaxın həftələrdə başa çata bilər. Ağ Ev daha əvvəl əməliyyatın 4–6 həftə davam edəcəyini proqnozlaşdırmışdı.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
4
konkret.az

5Mənbələr