AZ

"Qalatasaray" "Liverpul"a böyük hesabla məğlub oldu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab qarşılaşmaları keçirilir.
ONN media xəbər verir ki, qardaş ölkə təmsilçisi “Qalatasaray” da mübarizəyə başlayıb. Rəqib isə İngiltərə komandası “Liverpul”dur. İlk görüşdə 1-0 qalib gələn İstanbul komandası cavab görüşündə üstünlüyünü qorumağa çalışacaq.
***
Dominik Soboslay 25-ci dəqiqədə "Liverpul"u hesabda önə çıxardı: 1-0.
***
Yoqo Ekitike 52-ci dəqiqədə meydan sahiblərinin ikinci qolunu vurdu: 2-0.
***
Rayan Qravenberx 54-cü dəqiqədə üçüncü qola imza atdı: 3-0.
***
Məhəmməd Salah 62-ci dəqiqədə komandasının dördüncü qoluna imza atdı: 4-0.
***
"Liverpul" "Qalatasaray"a 4-0 hesabı ilə qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazandı.

Seçilən
64
onn.az

1Mənbələr