AZ

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

ABŞ Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin yaşadığı Vaşinqtondakı Fort Lesley J. McNair hərbi bazasının üzərində son 10 gün ərzində azı bir gecə bir neçə naməlum dron müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə The Washington Post yazıb.

Məlumata görə, bu hadisə təhlükəsizlik narahatlıqlarını artırıb və Ağ Evdə cavab tədbirlərinin müzakirəsinə səbəb olub.

WP-nin məlumatına əsasən, ABŞ hərbçiləri və hökumət rəsmiləri Yaxın Şərqdə gərginliyin artması fonunda mümkün təhlükələri daha ciddi izləməyə başlayıblar. Həmin məqalədə qeyd olunur ki, dronların mənşəyi hələlik müəyyən edilməyib.

Bizim.Media

Seçilən
32
1
bizim.media

2Mənbələr