AZ

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Bakı. Trend:

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycanneftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə9,63 ABŞ dolları və ya 8,9 faiz artaraq bir barel üçün 117,79 ABŞdolları təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalıneftin FOB bazasında bir barelinin qiyməti 9,65 dollar və ya 9,25faiz bahlaşaraq 113,95 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 10,83 dollar və ya 15,27 faiz artaraq bir barel üçün81,77 dollara çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftinqiyməti isə əvvəlki göstərici ilə müqayisədə 9,22 dollar və ya 8,92faiz artaraq bir barel üçün 112,53 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin ortaqiyməti 65 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Seçilən
57
49
az.trend.az

10Mənbələr