AZ

Rubio və Heqsetin yaşadığı Vaşinqton hərbi bazası üzərində dronlar müşahidə edildi

Vaşinqtonda hərbi baza üzərində dronların aşkar edildiyi bildirilir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, dronların haradan gəldiyi bəlli deyil.

Nəşr qeyd edir ki, "Fort MakNeyr" hərbi bazası üzərində dronların aşkarlanması ABŞ Dövlət Katibi Mark Rubio və Pentaqon rəhbəri Pete Heqset ilə bağlı təhlükəsizlik tədbirlərinin nəzərdən keçirilməsinə səbəb olub.

Bununla belə, administrasiyanın yüksək vəzifəli nümayəndəsi onların başqa yerə köçürülmədiyini bildirib.

Qəzet yazır ki, ABŞ-İsrail münaqişəsindən sonra xəbərdarlıq səviyyəsi artırılıb və ABŞ ordusu potensial təhdidləri daha yaxından izləyir.

Həmçinin qeyd olunur ki, Vaşinqton İranın yüksək vəzifəli şəxslərinin öldürülməsindən sonra mümkün cavab addımlarından narahatdır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
27
1
redaktor.az

2Mənbələr