AZ

Azərbaycan neftinin qiyməti 118 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

 

Herbiand.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 ABŞ dolları olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 108,16 ABŞ dolları təşkil edib.

 

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
57
49
herbiand.az

10Mənbələr