AZ

“Qalatasaray”ın ulduzu ağır zədələndi “Enfild Roud”da qorxulu anlar

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Qalatasaray” səfərdə “Liverpul”un qonağı olub. Oyun zamanı İstanbul klubunun üzləşdiyi xoşagəlməz hadisə diqqət çəkib.

İdman.Biz xəbər verir ki, görüşün 76-cı dəqiqəsində sol cinahda topu qəbul edən Noa Lanq son xəttə qədər irəliləyərək ötürmə etmək istəyib. Lakin epizodun davamında o, reklam lövhələrinə çırpılaraq yerə yıxılıb.

Hadisə nəticəsində futbolçunun barmağında ciddi zədə yarandığı, hətta qopma olduğu bildirilib. Niderlandlı oyunçu meydanı xərəkdə tərk edib.

82-ci dəqiqədə isə Mauro İkardi zədələnən Noa Lanqın əvəzinə oyuna daxil olub. “Liverpul” azarkeşləri meydanı tərk edən futbolçunu ayaqüstə alqışlayaraq ona dəstək nümayiş etdiriblər.

Matçdan sonra “Qalatasaray”ın baş məşqçisi Okan Buruk futbolçunun durumu ilə bağlı açıqlama verib. O bildirib ki, Noa Lanqın zədəsi ciddidir və oyunçu müayinə olunması üçün “Enfild Roud”dan xəstəxanaya aparılıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
1
icma.az

2Mənbələr