AZ

SEPAH-dan şok etiraf – İran nəyə görə bu ölkələri hədəf seçdi?

SEPAH donanmasının komandanı Əlireza Təngsiri bildirib ki, ABŞ-la bağlı neft təsisatları Amerika bazaları hesab olunacaq və həmin təsisatlara zərbə vuracaqlar. O, sözügedən obyektlərdə çalışanları və digər mülki şəxsləri həmin ərazilərdən uzaqlaşmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Əlireza Təngsirinin açıqlamasını şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, bununla SEPAH komandanı ölkəsinin rəsmilərinin “biz ancaq hərbi mərkəzlərə zərbə vururuq” və ya “biz neft və qaz mərkəzlərinə zərbə vurmamışıq” kimi tezislərinin üstündən xətt çəkdi:

“SEPAH “Körfəz ölkələrinin neft və qaz təsisatlarına zərbəni biz vurmuşuq və vurmaqda davam edəcəyik” yanaşmasıyla məsələyə nöqtə qoydu.

Bu bir növü Türkiyənin xarici işlər naziri Hakan Fidanın İranın mühafizəkar hakimiyyəti barədə söylədiyi “mən batıramsa, bölgəni də özümlə batıraram” yanaşmasının təsdiqidir”.

“İran hazırda neftini sata bilmir, bu səbəbdən maliyyə gəlirlərindən məhrum olan, o cümlədən ABŞ və İsrailin bombardmanları nəticəsində ağır itki verən SEPAH neft və qazın istismarından gəlir əldə edən ölkələri hədəf seçib”, – ekspert qeyd edib.

Sara

NOCOMMENT.az 

Seçilən
78
5
nocomment.az

6Mənbələr