AZ

Azərbaycanda avtobus və taksi istifadəsi metronu üstələyir

Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında nəqliyyat sektorunda sərnişin daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5% artaraq 331.8 milyon nəfərə çatıb.

Banker.az xəbər verir ki, hesabat dövründə ən böyük pay və dinamika avtomobil nəqliyyatının (avtobus və taksi) payına düşüb.

Avtobus nəqliyyatı sərnişinlərin mütləq əksəriyyəti bu vasitədən istifadə edib. Ötən ilin ilk iki ayı ilə müqayisədə avtobusla daşınmalar 8.4% artaraq 281.8 milyon nəfər təşkil edib.

Taksi daşımalarında da nəzərəçarpan artım müşahidə olunur. Bu sektorda sərnişin sayı 5.3% artaraq 12.4 milyon nəfərə yüksəlib.

Bakı Metropoliteni ilə daşınan sərnişinlərin sayında cüzi artım (1.3%) qeydə alınıb və ümumilikdə 35.2 milyon sərnişin daşınıb.

Rəqəmlər göstərir ki, sərnişinlər gündəlik daşınmalarda avtobuslara metrodan təxminən 8 dəfə daha çox üstünlük veriblər. Ümumi avtomobil nəqliyyatı üzrə artım tempi (8.3%) metrodakı artımı (1.3%) xeyli üstələyib.

Seçilən
64
banker.az

1Mənbələr