AZ

Erməni nazir Azərbaycana görə onlara şərt qoydu: “Ya etiraf edəcəksən, ya da…”

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə yanacaq bazarı ilə bağlı diqqətçəkən açıqlama verib.Globalinfo.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.O bildirib ki, şirkətlərdən biri Azərbaycandan gətirilən benzini Avropa məhsulu kimi təqdim edərək alıcıları aldadır.Nazir həmin müəssisəyə xəbərdarlıq edildiyini və şərt qoyulduğunu deyib."Onlara dedik ki, ya açıq şəkildə məhsulun mənşəyini bildirib pulu Azərbaycana köçürürsən, ya da həmin benzini sata bilməyəcəksən. Saxta vətənpərvərlik edib istehlakçıları aldatmağa icazə verməyəcəyik" - deyə Papoyan qeyd edib.Nazir şirkətin adını açıqlamasa da, "Joxovurd"un məlumatına görə, sözügedən müəssisənin adı "CPS"dir.Qeyd edək ki, Azərbaycan 2025-ci ilin sonundan etibarən Ermənistana benzin ixracına başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
1
olaylar.az

2Mənbələr