“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyevin Offsideplus.az saytına müsahibəsi
- “Sumqayıt”da nə baş verir?
Hazırda komanda “qara zolaq”dadır. Var gücümüzlə bu zolaqdan çıxmağa çalışsaq da,
təəssüf ki, hələlik alınmır. Fikrimcə, bunun üçün bir qələbə kifayət edəcək. Qarşıda bizi
ağır oyunlar gözləyir. Buna baxmayaraq komanda var gücü ilə çalışacaq ki, vəziyyəti düzəltsin.
Maraqlıdır ki, mövsümə çox yaxşı başlamışdınız. Nə oldusa, qış fasiləsindən sonra oldu…
Bəli, mövsümün əvvəllərində komanda yuxarı pillələrdə qərarlaşmışdı və daha yaxşı nəticələr üçün oynayırdı. Lakin müəyyən bir nöqtəyə qədər. Həmin dövrdən sonra oyunumuzda mənfi dəyişikliklər görünməyə başladı.
- Söhbət hansı nöqtədən gedir?
- Hazırki durumumuzun ən böyük günahkarlarından biri İntizam Komitəsi və onların
klubumuza qarşı verdiyi haqsız, ikili standartlara əsaslanan qərarlardır. Komandamızın
enişi “Şamaxı”ya 2:1 hesabı ilə qalib gəldiyimiz oyundan sonra başladı. Həmin oyunda baş məşqçimizə qırmızı vərəqə göstərildi və Saşa İliç dörd oyunluq diskvalifikasiya olundu. Səhv etmirəmsə, protokolda rəqib ehtiyat oyunçular skamyasına qarşı qeyri-etik jest yazılmışdı. Halbuki orada heç bir qeyri-etik jest olmamışdı. Nə vaxtdan yumruq sıxmaq qeyri-etik jest sayılır? Həmin oyundan sonra eniş başladı və o vaxtdan indiyə qədər, iki aydan artıq müddətdə cəmi iki qələbəmiz var. Nəyə əsasən klubumuza qarşı ikili standartlar tətbiq olunur? Niyə başqa komandaların məşqçiləri arasında dava olanda eyni cəza verilmədi?
- Məsələn?
- Məsələn, “Qarabağ”- “Sabah” oyununda yaşanan hadisə. Niyə İntizam Komitəsi dərhal reaksiya vermədi? Gərək iki həftə sonra video yayımlandıqdan sonra qərar dəyişərdi?
Bizim “Sabah” və “Qarabağ”la heç bir problemimiz yoxdur. Hər iki klub çempionluğa oynayır, məqsədlərimiz fərqlidir. Mən istəmirəm ki, onlara cəza verilsin, amma bizə də verilməməlidir. İkili standartlar tətbiq olunmamalıdır.
Digər bir məqam: qara zolaqdan çıxmaq üçün “Araz-Naxçıvan”la oyunumuz çox vacib idi.
Həmin oyunda hakim rəqibin qapısına penalti təyin etdi. Lakin bir dəqiqə sonra VAR hakimi çağırdı və qərar dəyişdirildi. Qısası, haqlı penaltimiz ləğv olundu. Üstəlik, sözügedən turdan sonra Hakimlər Komitəsinin sədri ənənəvi şərhində bildirdi ki, bizim penalti ləğv olunmamalı idi. Beş dəqiqə sonra isə bizim qapımıza penalti təyin edildi. Rəqib oyunda bir qol epizodu belə yaratmadan penalti hesabına qalib gəldi. Təbii ki, bu qərar oyuna təsirsiz ötüşmədi. Futbolçular stress keçirdi, əsəblərinə hakim ola bilmədilər. Nəticədə ikinci hissədə yeganə hücumçumuz Aleksandr Ramalinqom qırmızı vərəqə aldı və komanda 10 nəfərlə qaldı. Qırmızı vərəqə haqlı idi, amma əminəm ki, penalti ləğv olunmasaydı, oyun başqa məcrada davam edəcəkdi.
Maraqlıdır ki, həmin turda “Qarabağ”- “İmişli” oyununda oxşar epizod ya şandı. Kadi Borges də qırmızı vərəqə aldı. Hər iki halda protokolda “təcavüzkar davranış” qeydolunub. Amma qərara görə “Qarabağ”ın futbolçusu iki oyun, “Sumqayıt”ın futbolçusu isə üç oyun cəzalandırıldı. Niyə? Yanlış qərar nəticəsində oyunu uduzduq, hücumçumuz qırmızı vərəqə aldı və üç oyun hücumçusuz qaldıq.
- Bu məsələ ilə bağlı AFFA-ya müraciət etmisinizmi?
- Bəli. Saşa İliçin cəzası ilə bağlı ilk olaraq AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət etdik. İstəyimiz o idi ki, 4 oyunluq cəza azaldılsın. Amma onlar bizə bildirdilər ki,
yığışmaq üçün vaxtları yoxdur. Yenidən təkrar müraciət etdik, bu zaman artıq baş məşqçimiz cəza səbəbindən 3 oyunu buraxmışdı. Şikayətimizə baxıldı və sonuncu oyunun cəzası da qüvvədə qaldı. Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşdüm. Sağ olsun Cahangir müəllim, qəbul etdi, ona iradlarımı çatdırdım. Dinlədi, bəzi məqamlarda razılaşdı. Amma təəssüf ki, onun bizə kömək etmək istəyi də qərarı dəyişmədi. İndiki halda həm AFFA İntizam Komitəsinin, həm də Apellyasiya Arbitraj Tribunalının fəaliyyətindən narazıyıq.
- Ardıcıl məğlubiyyətlərə baxmayaraq, “Sumqayıt” turnir cədvəlinin ekvator xəttindən uzaq düşməyib. Avrokuboklara gedən yol çətin görünsə də, riyazi baxımdan mümkündür. Siz bu barədə nə düşünürsünüz?
- Sona qədər mübarizə aparacağıq və təslim olmayacağıq.
- Bu mübarizədə Saşa İliç də sizinlə olacaqmı?
Bəli. Onunla müqaviləmiz var, baş məşqçimizə inanırıq və arxasındayıq.
Deyirlər komandanın sükanı arxasına yenidən Samir Abasovu gətirmək istəyirsiniz…
Belə bir şey ola bilməz. Mümkün deyil. Xahiş edirəm, ancaq klubun yayımladığı rəsmi
xəbərlərə etimad edin.
Deyəsən, İliç depressiyadadır. Son vaxtlar yaman bikef görünür…
Yəqin ki, nəticələrlə bağlıdır. Bu vəziyyətdə başqa davranış gözləmək məntiqli olmaz.
Son mətbuat konfranslarında səsləndirdiyi fikirlər də birmənalı deyil. Sanki klub
rəhbərliyi ilə fikir ayrılığı var. Məsələn, uğursuz nəticələrlə bağlı danışarkən istədiyi
transferlərin olmadığını vurğulayır…
Baxın, ola bilər ki, İliçin istədiyi hansısa futbolçunun transferi alınmayıb, amma əmin
olun ki, İliçin istəmədiyi bir futbolçu belə komandaya gəlməyib. Belə deyək, biz hansısa
futbolçunu heyətimizə cəlb etmək istəyiriksə, deməli, o yaxşı futbolçudur. Yaxşı
oyunçunun isə "Sumqayıt"dan başqa da müştəriləri var. Ola bilər ki, sözügedən
oyunçunun daha sərfəli variantları, yaxud da klubu ilə müqaviləsi olsun. Bu o demək
deyil ki, hər istədiyimiz futbolçu bizim kluba gəlməlidir.
İliçin maraq doğuran digər açıqlaması isə akademiya yetirmələri ilə bağlıdır. Baş
məşqçi qeyd edir ki, klub rəhbərliyi gənc futbolçulara şans verilməsini istəyir. Sizcə,
mövsümün hazırkı dövründə bu nə qədər məntiqlidir?
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Bəlkə də hazırda çempionatımızda "Sumqayıt" kimi akademiyasının futbolçularına
güvənən ikinci klub yoxdur. Bu il legioner limitinin olmamasına rəğmən 95 faiz oyunlara
dörd yerli futbolçu ilə çıxmışıq. Onların arasında kifayət qədər akademiyamızın
futbolçuları olub. Bunu isə təkcə Saşa İliçdən yox, bütün məşqçilərdən istəmişik.
Klubumuzun strategiyası belədir və biz bunu dəyişməyəcəyik. Akademiyanın oyunçuları
mütləq oynamalı və təcrübə qazanmalıdır. Heç bir yerdə yazılmayıb ki, heyətində iki
yaxud üç gənc futbolçu ilə oynasan, yuxarı yerlər üçün ambisiyalı ola bilmərsən. İki
mövsüm ardıcıl olaraq avrokuboklara çıxanda biz sırf olaraq yerli futbolçularla
oynayırdıq, ümumiyyətlə legioner yox idi. Üstəlik komandada üç nəfər U-21 futbolçusu
vardı. Əgər indi hansısa gənc futbolçuya şans verəcəyiksə, o demək deyil ki, bu
mövsümdən əlimizi üzmüşük.
Söhbət akademiyadan düşmüşkən, son illər uğurlu nəticələri ilə seçilən Sumqayıt
akademiyasının yaxın gələcək üçün planları nədən ibarətdir?
Bildiyiniz kimi, bu gün Premyer Liqada oynayan kifayət qədər yetirmələrimiz var.
Akademiyamızın başlıca məqsədi əsas komanda və millimiz üçün futbolçu
hazırlamaqdır. Hər mövsüm ən çox yerli futbolçu oynadan iki komandadan biri
"Sumqayıt"dır. Akademiyamızda heç bir komandanın qarşısına mütləq qalib gəlmək kimi
bir hədəf qoyulmur. Bizim üçün əsas məqsəd futbolçu yetişdirməkdir. Bu gün əvəzedici
komandamız demək olar ki, 99 faiz akademiyamızın yetirmələrindən təşkil olunub.
Həmçinin uşaq futbolunun inkişafı da bizim üçün prioritet məsələlərdəndir. Məsələn,
daha aşağı yaş qrup uşaqların beynəlxalq təcrübə qazanması məqsədilə bir həftə
sonra U-11 komandamız Bişkekdə, apreldə isə U-14 komandamız Antalyada yarışda
iştirak edəcək. Ümumiyyətlə, uşaq futbolunun inkişafı istiqamətində əlimizdən gələni
etməyə çalışırıq. O cümlədən məşqçilərimizi də tez-tez müxtəlif xarici klublara təcrübə
məqsədilə göndəririk. Bu yöndə işlərimizi davam etdirəcəyik.
Legioner limitinin ləğvi haqqında nə düşünürsünüz?
Bu qərarın birmənalı şəkildə doğru, yaxud da yanlış olduğunu demək düzgün deyil. Hər
şey ondan asılıdır ki, biz klublardan və çempionatdan nə istəyirik. Mən öncədən də
demişdim ki, limitin ləğvi orta büdcəli komandalara sərf etməyəcək.
Sizin kluba da bu vəziyyət sərf etmir?
-
-
-
-
-
-
-
-
-
-
-
-
Birmənalı olaraq. Söhbət büdcədən gedir. Limitin ləğvi ortabab klublarla büdcəsi yuxarı
olan klublar arasında çox böyük uçurum yaradır. Əgər bundan öncəki mövsümlərdə
çempionatın sonunda sürpriz nəticələrlə tanış olurduqsa, bu il onu görmürük. Məsələn,
əvvəlki illərdə orta büdcəli klub Avropa Liqasına vəsiqə qazana bilirdisə, indiki limitlə bu
nəticəni əldə etmək həddindən artıq çətin olacaq. Çünki klublar arasında böyük maliyyə
fərqi var. Mən akademiya futbolçusu yetişdirirəm, yerli futbolçu ilə oynayıram. Ancaq
yuxarı pillələr üçün bu kifayət etmir. Maliyyə öz sözünü deyir. Normal olaraq yuxarı
büdcəli klublar səndən daha yaxşı xarici futbolçular gətirirlər. Ən əsası isə sən mövsüm
ərzində cəmi 12 əcnəbi futbolçu gətirə bilərsən. Əgər 13-cünü istəyirsənsə, əlavə 100
min manat ödəməlisən. Bunu da bizim çempionatda cəmi 4-5 klub edə bilər. Sən bu
zaman ortabab klublarla qarşı böyük üstünlük qazanırsan. Bu isə artıq sağlam rəqabət
deyil.
Məsələn, biz mövsümün əvvəlində planlaşdırırdıq ki, Ayxan Süleymanlı əsas sol cinah
müdafiəçisi olacaq. Ancaq ikinci turda Ayxan zədələndi, məlum oldu ki, on ay oynaya
bilməyəcək. Biz də məcbur qaldıq ki, onun yerinə başqa legioner gətirək. Yaxud da
bizdə Kehat zədələndi, 7-8 ay oynaya bilməyəcək. Zədə və bu kimi amillər sözügedən
qərarla bağlı ciddi problemlərə yol açır. Belə olan halda sənin əlavə maliyyən yoxdur ki,
futbolçunu asanlıqla əvəz edə biləsən. Biz də bu məsələdə bir çox klublar kimi problem
yaşadıq. Hətta 13-cü legioner də gətirdik. Amma onu gətirmək üçün vacib əcnəbi
futbolçularımızdan birini satdıq və həmin gəlirlə limitin ödənişini etdik.
Ancaq qeyd etmək lazımdır ki, limitin ləğvi fonunda çempionatın tempi də müsbət
mənada dəyişib…
Hazırda çempionatımızda belə bir vəziyyət yaranıb ki, sadəcə çempionun kim olacağı
bilinmir. Mövsümün bitməsinə hələ on tur qalmış üçüncü və dördüncü yerlər doxsan beş
faiz məlumdur. Sonuncu yeri tutacaq komanda böyük ölçüdə bəllidir. Çünki klublar
arasında böyük bir uçurum yaranıb.
Bayaq "Şamaxı" ilə oyundan sonra Saşa İliçin verdiyi açıqlamalar haqqında danışdıq.
Ancaq Ayxan Abbasovun dedikləri də böyük maraqla qarşılandı. Məsələn mütəxəssis
bildirdi ki, uğursuz nəticələrdən sonra məşqçilərlə bərabər klub rəhbərləri də istefa
haqqında düşünməlidir. Niyəsə Abbasovun bu sözləri məhz sizin ünvanınıza dediyi
iddia olunur…
Orada mənim adım çəkilib?
- Xeyr. Məncə, Sumqayıtda çəkməzdi də.
Bəs niyə bu sualı mənə verirsiniz?
Zənn edək ki, çoxluğun dilindən danışıram…
Əvvəla, mən bu suala cavab verməli deyiləm. Adım çəkilməyən yerdə niyə də cavab
verim? İkincisi, Ayxan Abbasovla çox gözəl münasibətimiz var, dörd il birlikdə işləmişik.
Onu "Sumqayıt" futbol klubuna şəxsən mən özüm dəvət etmişəm. İşlədiyi dövrdə
klubdan normal maaş alaraq ailəsini dolandırıb. Biz işbirliyimiz müddətində birlikdə
çoxlu uğurlar əldə etmişik, Avrokuboklarda oynamışıq, bürünc medal qazanmışıq. Ayxan
Abbasov da elə adam deyil ki, bütün bunlardan sonra "Sumqayıt"ın, yaxud da mənim
ünvanıma belə fikirlər səsləndirsin. Bir sözlə, inanmıram ki, o, bu sözləri mənim
haqqımda deyib.
Məlum nəticələrdən sonra "Sumqayıt" azarkeşləri içərisində sizdən küsənlər var…
Haqqları var küsməyə. Çünki onlar bu nəticələrə layiq deyillər. İstəyirəm azarkeşlər
bilsinlər ki, rəhbərlik olaraq əlimizdən gələni edirik ki, komandanı bu vəziyyətdən
çıxaraq. Son yeddi-səkkiz oyundur ki, qalib gələ bilməməyimiz təəssüf doğurur. Mən
AFFA İntizam Komitəsi, Apellyasiya Komitəsinin klubumuzla bağlı verdiyi qərarları
vurğuladım, hakimlik haqqında danışdım. Lakin bu o demək deyil ki, komandanın hazırki
vəziyyətində bizim heç bir səhvimiz yoxdur. Bizim də günahımız var, ancaq bir ailə kimi