AZ

Beyinin daha bir sirri açıldı

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

TPS-IL informasiya agentliyinin məlumatına görə, alimlər beyindəki bəzi hüceyrələrin insanın həm davranışına, həm də əhvalına təsir edən maddələrin - dopamin və serotoninin ifrazını idarə etdiyini müəyyənləşdiriblər. Məlumata görə, bu hüceyrələrin həddindən artıq fəallığı obssessiv-kompulsiv pozuntu və depressiya kimi hallarda davranışların nəzarətdən çıxmasına səbəb ola bilər. Bu kəşf gələcəkdə daha dəqiq və hədəflənmiş müalicə üsullarının hazırlanmasına imkan yarada bilər. Yeni yanaşmalar mövcud dərmanlardan fərqli olaraq beyinin kimyəvi siqnallarını daha incə şəkildə tənzimləməyə yönələcək. Bundan əlavə, tədqiqatın nəticələri fərdiləşdirilmiş müalicə planlarının hazırlanmasına və terapiya üsullarının daha effektiv tətbiqinə şərait yarada bilər. Araşdırmanın nəticələri nüfuzlu “Nature Communications” jurnalında dərc olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
azvision.az

1Mənbələr