AZ

“Rusiya ticarət donanmasını qorumaq üçün hərbi gəmiləri cəlb edəcək” - Patruşev

Rusiya dəniz nəqliyyatının təhlükəsizliyini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər hazırlayır, o cümlədən mülki gəmilərə qoruyucu sistemlərin quraşdırılması və onların hərbi gəmilər tərəfindən müşayiət olunmasını təşkil edir.

Herbiand.az bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev “Kommersant” qəzetinə verdiyi müsahibədə deyib.

O, son zamanlar Rusiya limanlarına gələn gəmilərə qarşı təxribat və terror hücumları riskinin artdığını qeyd edib: “Bununla əlaqədar əlavə təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi yaranıb. Ticarət donanmalarının Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən müşayiət olunması üçün tədbirlər nəzərdən keçirilir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
64
herbiand.az

1Mənbələr