Dövlət Təhlükəsizliyi Xidmətinin bu cinayətin ifşa olunması istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatını və bir sıra şübhəli şəxslərin saxlanılmasını alqışlayıram. Bu, dövlətimizin milli təhlükəsizliyinin qorunması və qanunun aliliyinin təmin olunması baxımından mühüm və prinsipial addımdır.
Hesab edirəm ki, Prezidentin ailə üzvlərinə qarşı iyrənc və şərəfsiz üsullarla törədilmiş bu cinayətin təşkilində, icrasında və yayılmasında fəallıq göstərən Mehman Hüseynov başda olmaqla bu prosesdə iştirak edən bütün şəxslər kimliyindən və harada olmasından asılı olmayaraq hüquqi məsuliyyətə cəlb olunmalı və qanunun nəzərdə tutduğu ən ağır formada cəzalandırılmalıdır.
Bu, yalnız ədalətin və qanunun aliliyinin təmin olunması üçün deyil, həm də gələcəkdə belə təhlükəli və çirkin cinayətlərə cəhd edənlər üçün ciddi və prinsipial xəbərdarlıq olacaq".