AZ

İtaliya nəhəngi Kökçünü istəyir

“İnter” yay transfer pəncərəsi üçün diqqətçəkən plan hazırlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisi “Beşiktaş”ın kapitanı Orkun Kökçünü əsas hədəflərdən biri kimi müəyyənləşdirib. Klubun Hakan Çalhanoğlu ilə yolları ayıraraq onun yerini Kökçü ilə doldurmaq istədiyi bildirilir.

Lakin İstanbul klubu lider oyunçusunu satmaq niyyətində deyil. Buna baxmayaraq, bu transfer iddiası yayda ən çox müzakirə olunan mövzulardan biri ola bilər.

Seçilən
27
idmanxeber.az

1Mənbələr