ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin deputatı Anar Məmmədov vətəndaşların növbəti qəbulunu keçirib, sakinlərin müraciət və təkliflərini dinləyiblər.
“Qafqazinfo” xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da iştirak etdiyi qəbulda dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının tərkib hissəsi olaraq, bu kateqoriyadan olan vətəndaşlar növbədənkənar qəbul edilib, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılıb.
Qəbulda iştirak edən vətəndaşlar əsasən maddi yardımın göstərilməsi, işlə təmin olunma, pay torpağının qonşu tərəfindən zəbt olunması, borca görə kəsilmiş qaz xəttinin bərpa edilməsi, yeni tikilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və digər sosial-məişət məsələləri ilə bağlı müraciətlərini çatdırıblar.
Vətəndaşların hər bir müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericilik çərçivəsində və operativ həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görülən işlərin nəticəsi olaraq qəbulda vətəndaş məmnunluğu tam təmin edilib.
Sonda rayon sakinləri ölkədə həyata keçirilən genişmiqyaslı islahatlara, əhalinin sosial rifahının yüksəldilməsinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.








Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.