1-ci liqada iddialılardan olan “Baku Sportinq”in ev oyunlarını keçirdiyi Buzovna qəsəbə stadionunu tərifləyən adamın dili lal olar. Qazonb təbii olsa da, heç də yaxşı vəziyyətdə deyil, futbol ictimaiyyətinin qınaq obyektidi. Klubun meneceri Araz Əhmədov mövsümün əvvəlində əsas hədəflərinin infrastrukturu yaxşı vəziyyətə gətirmək olduğunu demişdi. Amma mövsümün gedişində vəziyyət elə gətirdi ki, komanda çempionluq mübarizəsinə girişdi. Bəs Buzovna təmsilçisi elitaya yüksəlməsə, meydançanın durumunu yaxşılaşdırmayacaq? Araz Əhmədov “Football-plus.az”a açıqlama verdi: “Hər şey 9 turdan sonra bəlli olacaq. Bütün diqqət çempionat oyunlarındadı. Elitaya yüksəlmək vəzifəsinin öhdəsindən gələndən sonra stadionla bağlı planlar həyata keçiriləcək. 2-ci liqada çıxış edəndə də, 1-ci liqada oynayanda da hər mövsümün fasilə dönəmində infrastrukturun yaxşılaşdırılması üçün işlər görülür. Premyer-liqaya çıxsaq, təbii ki, daha çox iş görüləcək. Meydançanın dəyişdirilməsi yox, düzəldilməsi mütləq olacaq. Ot örtüyünün tam dəyişdirilməsi çox maliyyə tələb edir. 1-ci liqa komandasının gücü çatmaz ki, hansısa qurum kömək etmədən bunu bacarsın”.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta