AZ

Su ilə dolu vedrəyə düşən 1 yaşlı körpə həyatını itirdi

Türkiyənin İzmir şəhərində şalgam suyu ilə dolu vedrəyə düşən 1 yaşlı körpə həyatını itirib.

AzEdu.az xəbər verir ki, iddiaya görə, A. ailəsinin 1 yaşlı oğlu Alpaslan anası ev təmizliyi edərkən balkona çıxıb.

Balkonda ağzı açıq vəziyyətdə olan, şalgam suyu ilə dolu vedrənin içinə düşən körpəni görən ana dərhal Təcili Tibbi Yardım xidmətinə xəbər verib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları ananı ifadəsini almaq üçün polis bölməsinə aparıblar.

Seçilən
29
azedu.az

1Mənbələr