AZ

Yaxın məsafələrə səfər edən adamlar oruc tutmaya bilər?

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramazan ayının özü ilə gətirdiyi suallar, demək olar ki, hər il müzakirə olunur.

Bu suallardan biri də səfərə çıxarkən oruc tutmamaq məsələsidir.

Dində bu səfər məsələsi, adətən, daha uzaq yerlər üçün nəzərdə tutulub.

Maraqlıdır, bəs ölkə daxilində səfər etmək necə, bu zamanda oruc tutmamaq olarmı?

Bu barədə ilahiyyatçı Elşad Miri Gununsesi.info-ya danışıb.

O bildirib ki, məsələn, Qubaya gedib, oruc tutmayan adamlar var:

“Əgər tutmaq istəmirsənsə, tutma. Heç kim məcbur etmir. Bunun cavabını Allaha verəcəksən, bu bir ibadətdir. Əslində, bu da səfər sayılır, amma heç kim tutma da deyə bilməz. Ancaq Ramazan ayında oruc tutmağı davam etdirmək daha gözəldir”.

Orxan

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
82
icma.az

1Mənbələr