AZ

Sumqayıt Sabah la oyuna itki ilə çıxacaq

ain.az bildirir, sport24.az portalına istinadən.

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində bu gün "Sabah"la qarşılaşacaq "Sumqayıt" meydana itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın müdafiəçisi Abdul Raşid Mumini cəzalı olduğu üçün "bayquşlar"la oyunu buraxmaq məcburiyyətindədir. O, ötən turda "Şamaxı"ya uduzduqları (0:1) görüşdə sarı vərəqə aldığı üçün cəzalı duruma düşüb. Beninli oyunçu cari mövsüm dördüncü dəfə bu halla üzləşib.Qeyd edək ki, "Sabah" - "Sumqayıt" qarşılaşması saat 19:15-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
1
sport24.az

2Mənbələr