AZ

Azərbaycan üzərindən Ermənistana taxıl göndəriblər

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Azərbaycan üzərindən tranzit keçən daha bir Rusiya taxıl partiyası Ermənistana göndərilib.

Reyting.az xəbər verir ki, yeddi vaqonlu yük qatarı ümumilikdə 488 ton taxıl daşıyır.

Qatar əvvəlcə yükü Böyük Kəsik dəmir yolu stansiyasına çatdıracaq, daha sonra isə Gürcüstan üzərindən Ermənistana gedəcək.

Bu günə qədər Rusiyadan Azərbaycan üzərindən Ermənistana 23 min tondan çox taxıl, eləcə də 700 tondan çox gübrə göndərilib.

V. QULİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
reyting.az

1Mənbələr